Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Xiaomi 14T Pro-nun promo materialları ortaya çıxıb

    Cihazlar+
    16.09.2024
    Emil
         Xiaomi şirkəti 26 sentyabr tarixində Xiaomi 14T smartfon seriyasını təqdim edəcək. Bu seriyaya iki model daxil olacaq. Xiaomi 14T və Xiaomi 14T Pro. İndi isə Xiaomi 14T Pro modelinin promo materialları ortaya çıxıb. Ortaya çıxmış promo materiallarda sözügedən modelin özəllikləri əks olunub. Beləliklə promo materiallar sayəsində məlum olub ki, Xiaomi 14T Pro smartfonu MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq.
         Məlumata əsasən smartfon 100% enerjini 19 dəqiqəyə yığa biləcək. Bundan əlavə olaraq Xiaomi 14T Pro 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcək. Smartfon üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 50 MP-lik olacaq. 50 MP-lik əsas arxa kamera ilə yanaşı Xiaomi 14T Pro smartfonu 12 MP-lik ultra geniş bucaqlı kameranı və 50 MP-lik telekameranı əldə edəcək. Ön kamera isə 32 MP-lik olacaq. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyini özündə birləşdirəcək. Promo materiallardan birinə əsasən isə Xiaomi 14T Pro-ya Google şirkətinin Gemini adlı süni zəka əsaslı köməkçisi inteqrasiya ediləcək.
    Paylaş