
Təqdimata hazırlaşan Xiaomi 15-in fotoları rəsmi şəkildə təqdim edilib
Cihazlar+
24.10.2024
Emil
Daha öncə düşünülürdü ki, Xiaomi 15 smartfonları 23 oktyabr tarixində təqdim olunacaqlar. Lakin nəticədə bu, baş vermədi. Şirkət rəsmi olaraq bildirib ki, Xiaomi 15 smartfon seriyası 29 oktyabr tarixində təqdim olunacaq. Bununla yanaşı şirkət adi Xiaomi 15-in rəsmi fotolarını da təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi 15 smartfonu yastı gövdə və ekran dizaynını əldə edəcək. Ekran üzərində kiçik dairəvi çıxıntı, arxa paneldə isə kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 3 ədəd obyektiv mövcud olacaq. Kamera sahəsinin daxilində həmçinin Leica yazısını görmək olar. Bu, şirkətin kameralar mövzusunda Leica ilə əməkdaşlığını davam etdirdiyini sübut edir. Qeyd etmək lazımdır ki, Xiaomi 15-in 6.36 düym ölçülü ekranı əldə edəcəyi və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir.




Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
