
Təqdimata hazırlaşan Xiaomi 15 Ultra-nın ilk real fotosu ortaya çıxıb
Cihazlar+
27.01.2025
Emil
Keçən həftə Xiaomi-nin prezidenti rəsmi şəkildə təsdiqlədi ki, Xiaomi 15 Ultra artıq yaxın zamanda təqdim olunacaq və o, Çində təqdim olunandan qısa müddət sonra həmçinin qlobal bazarda da satışa çıxacaq. İndi isə internetdə Xiaomi 15 Ultra-nın ilk real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, Xiaomi 15 Ultra xarici görünüşcə ümumilikdə keçən ilki Xiaomi 14 Ultra-ya bənzəyəcək. Keçən ilki Xiaomi 14 Ultra-da olduğu kimi yeni smartfonun arxa panelində də dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 4 ədəd kamera mövcud olacaq. Gözləntilərə əsasən Xiaomi 15 Ultra özündə 200 MP + 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək. Daha öncəki məlumat sızıntılarına inansaq, Xiaomi 15 Ultra smartfonu 6.73 düym ölçülü OLED ekranı əldə edəcək və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
