
Təqdimata hazırlaşan Xiaomi 15T-nin render fotoları təqdim olunub
Xiaomi şirkəti dünən Xiaomi 15T smartfon seriyasının təqdimatını anons etdi. Sözügedən smartfon seriyası 24 sentyabr tarixində təqdim olunacaq. Gözləntilərə əsasən bu seriyaya 2 model daxil olacaq: Xiaomi 15T və Xiaomi 15T Pro. İndi isə insayderlər Xiaomi 15T modelinin render fotolarını təqdim ediblər. Təqdim edilmiş render fotolarda smartfon iki gövdə rəngində əks olunub: qara və boz. Render fotolardan da görmək olar ki, Xiaomi 15T özündə yastı gövdə dizaynını birləşdirəcək və onun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Çox güman ki, Xiaomi 15T Pro modeli də eyni xarici görünüşə sahib olacaq. Son məlumatlara əsasən Xiaomi 15T smartfonu MediaTek Dimensity 8400 Ultra prosessoru vasitəsilə çalışacaq.


Paylaş