Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Xiaomi CIVI 5 Pro-nun ilk rəsmi fotoları təqdim edilib

    Cihazlar+
    16.05.2025
    Emil
         Xiaomi şirkəti yaxın zamanda CIVI 5 Pro adlı yeni smartfonunu təqdim edəcəyini rəsmi şəkildə təsdiqləyib. Bununla yanaşı şirkət sözügedən smartfonun ilk rəsmi fotolarını təqdim edib. Xiaomi bildirib ki, CIVI 5 Pro-nun təqdimatı bu ay ərzində baş tutacaq. Lakin dəqiq təqdimat tarixi hələ açıqlanmayıb. Bunun yaxın günlərdə baş tutacağı gözlənilir. Təqdim olunmuş rəsmi fotolardan da görmək olar ki, Xiaomi CIVI 5 Pro smartfonu yastı gövdəni əldə edib və onun arxa panelində dairəvi kamera sahəsi yerləşir. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcuddur. Arxa paneldə həmçinin Leica yazısını görmək olar. Bu isə Xiaomi-nin kamera sensorları mövzusunda Leica şirkəti ilə əməkdaşlığının davam etdiyini göstərir. Ön paneldən Xiaomi CIVI 5 Pro-nun ekranı üzərində oval formalı çıxıntı yerləşir.
    Paylaş