
Təqdimata hazırlaşan Xiaomi Civi 5 Pro smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
12.05.2025
Emil
Xiaomi yaxın zamanda Civi 5 Pro adlı yeni subflaqman smartfonunu təqdim edəcək. İndi isə məlum olub ki, təqdimata hazırlaşan bu yeni smartfon Geekbench testlərindən keçib. Beləliklə Xiaomi Civi 5 Pro barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən bu yeni smartfonun prosessoru özündə 1 ədəd 3.21 GHz tezlikli nüvəni, 3 ədəd 3.0 GHz tezlikli nüvəni, 2 ədəd 2.80 GHz tezlikli nüvəni, 2 ədəd 2.02 GHz tezlikli nüvəni və Adreno 825 qrafik çipini birləşdirir. Bütün bu göstəricilər Snapdragon 8s Gen 4 prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlum olub ki, Xiaomi Civi 5 Pro qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 1983 xal, çoxnüvəli testi çərçivəsində isə 6874 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
