
Təqdimata hazırlaşan Xiaomi Pad 8 Pro planşetinin hansı prosessoru əldə edəcəyi açıqlanıb
Xiaomi şirkəti Xiaomi Pad 8 planşet seriyasını təqdim etməyə hazırlaşır. Bu seriyaya iki modelin daxil olacağı gözlənilir: Xiaomi Pad 8 və Pad 8 Pro. İndi isə şirkət Xiaomi Pad 8 Pro modelinin hansı prosessor vasitəsilə çalışacağını elan edib. Xiaomi tərəfindən təqdim edilmiş tizer posterinə əsasən sözügedən yeni flaqman planşeti Snapdragon 8 Elite prosessorunu əldə edəcək. Bundan əlavə olaraq şirkət bildirib ki, Xiaomi Pad 8 planşet seriyası qutudan HyperOS 3-ü əldə edəcək. Xiaomi Pad 8 planşet seriyasının bu ayın sonuna kimi təqdim olunacağı gözlənilir.


Paylaş