
Təqdimata hazırlaşan yeni iPad planşetləri artıq sertifikatlaşdırmadan keçiblər
Cihazlar+
06.04.2024
Farid
Gözləntilərə əsasən Apple şirkəti gələn ay yeni iPad planşetlərini təqdim edəcək. Təqdimata az müddət qalmış məlum olub ki, iki yeni iPad modeli Hindistanın standartlar bürosunda (BIS) sertifikatlaşdırmadan keçiblər. BIS-in məlumatlar bazasına əsasən sertifikatlaşdırmadan keçmiş yeni iPad-lərdən biri A2898 model nömrəsinə, digəri isə A2899 model nömrəsinə sahibdir. Qeyd etmək lazımdır ki, daha öncə A2836 və A2837 model nömrələrinə sahib daha iki iPad modeli də sertifikatlaşdırmadan keçmişdilər. Bu model nömrələri altında hansı iPad modellərinin dayandıqları məlum deyil. Lakin güman edilir ki, söhbət, 11 və 12.9 düym ekranlı iPad Pro ilə 10.9 və 12.9 düym ekranlı iPad Air modellərindən gedir. Apple tərəfindən isə məhz yeni iPad Pro ilə iPad Air modellərinin təqdim olunacaqları gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
