main-post-cover

    Təqdimata saatlar qalmış Motorola RAZR 40-ın texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    01.06.2023
    Farid Pardashunas
        Təqdimata bir neçə saat qalmış insayderlər qatlana bilən qapaqlı Motorola RAZR 40 smartfonunun texniki özəlliklərini təqdim ediblər. Beləliklə insayderlər bildiriblər ki, sözügedən smartfon iki ədəd ekran əldə edəcək. Onlardan biri daxili, digəri isə xarici olacaq. Smartfon özündə 144 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli 6.9 düym daxili OLED ekranı və 1.47 düym xarici OLED ekranı birləşdirəcək. Daxili ekran HDR10+ texnologiyasını dəstəkləyəcək və Gorilla Glass 7 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunacaq.
        Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Motorola RAZR 40 modeli Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq və 64 MP + 13 MP ikili arxa kamera ilə 32 MP-lik ön kameraya sahib olacaq. Smartfon 30 vatt gücündə sürətli şarj texnologiyalı 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumatda qeyd edilib ki, Motorola RAZR 40 həmçinin 5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək. Gözləntilərə əsasən Motorola RAZR 40 smartfonu 1000$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər