
Təqdimata saatlar qalmış Redmi Note 13 Pro və Note 13 Pro+ haqqında bəzi rəsmi məlumatlar verilib
Cihazlar+
21.09.2023
Emil
Xiaomi-nin Redmi brendi artıq bugün Redmi Note 13 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya adi Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ modelləri daxil olacaqlar. Təqdimata sayılı saatlar qalmış şirkət Redmi Note 13 Pro və Note 13 Pro+ modelləri barəsində bəzi məlumatları təqdim edib. Beləliklə təqdim edilmiş rəsmi məlumatlara əsasən Redmi Note 13 Pro modelləri LPDDR5 standartlı 16 GB-a kimi RAM yaddaşı və UFS 3.1 standartlı 512 GB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaqlar.

Qeyd etmək lazımdır ki, adətən bu cür texniki imkanları flaqman smartfonlar əldə edirlər. Məlumatda həmçinin qeyd edilib ki, Redmi Note 13 Pro smartfonları 5000 mAh enerji tutumlu batareyaya sahib olacaqlar. Redmi Note 13 Pro modeli 67 vatt gücündə, Redmi Note 13 Pro+ modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Sözügedən smartfonlar arasında olacaq fərqlər barəsində onu qeyd etmək lazımdır ki, Redmi Note 13 Pro modeli Snapdragon 7s Gen 2 prosessoru, Redmi Note 13 Pro+ modeli isə MediaTek Dimensity 7200 Ultra prosessoru vasitəsilə çalışacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
