main-post-cover

    Təqdimata saatlar qalmış Xiaomi 14 smartfonlarının satış qiymətləri ortaya çıxıb

    Cihazlar+
    26.10.2023
    Emil Nəcəfov
         Artıq bir neçə saatdan sonra Xiaomi şirkəti özünün Xiaomi 14 smartfon seriyasını təqdim edəcək. Təqdimata saatlar qalmış insayderlər bu seriyanın modellərinin hansı qiymətə satılacaqları barəsində məlumatı təqdim ediblər. İnsayderlər bildiriblər ki, Xiaomi 14 və Xiaomi 14 Pro modelləri bazarda müxtəlif yaddaş variantlarında satışa çıxacaqlar. Məlumatda qeyd edilib ki, 8 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 14 modeli Çin bazarında 587$-a, Xiaomi 14 Pro-nun isə eyni konfiqurasiyalı variantı Çin bazarında 739$-a satılacaq. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar bazarda Snapdragon 8 Gen 3 prosessorunu əldə edəcək ilk smartfonlar olacaqlar
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Redmi 13C smartfonunun real fotoları və bəzi məlumatları ortaya çıxıb
    budceli-redmi-13c-smartfonunun-real-fotolari-ve-bezi-melumatlari-ortaya-cixib
    Dəstəkləri dayandırılmış Xiaomi Mi 10 smartfonları HyperOS-i əldə edəcəklər
    destekleri-dayandirilmis-xiaomi-mi-10-smartfonlari-hyperos-i-elde-edecekler
    Xiaomi 14 ekran ətraf çərçivələrinin qalınlıqları mövzusunda iPhone 15 Pro-nu geridə qoyacaq
    xiaomi-14-ekran-etraf-cercivelerinin-qalinliqlari-movzusunda-iphone-15-pro-nu-geride-qoyacaq
    HyperOS-in tərkibində Android kodu düşünüldüyündən daha azdır
    hyperos-in-terkibinde-android-kodu-dusunulduyunden-daha-azdir
    Xiaomi sabah daha bir smart saatını təqdim edəcək
    xiaomi-sabah-daha-bir-smart-saatini-teqdim-edecek