
Təqdimata sayılı günlər qalmış CMF Phone 1 smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
05.07.2024
Emil
Təqdimata sayılı günlər qalmış Nothing şirkətinin CMF subbrendinin ilk smartfonu olacaq CMF Phone 1-in Geekbench testlərindən keçdiyi məlum olub. Geekbench testləri bir daha təsdiqləyiblər ki, sözügedən smartfon MediaTek Dimensity 7300 5G prosessoru vasitəsilə çalışacaq. Şirkət bunu rəsmi şəkildə artıq təsdiqləyib. Geekbench testlərindən smartfonun 6 GB RAM-a sahib versiyası keçib. Lakin qeyd etmək lazımdır ki, CMF Phone 1-in 8 GB RAM-a sahib versiyası da olacaq. Geekbench-ə əsasən smartfon qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1016 xal, çox nüvəli testi çərçivəsində isə 2630 xal toplayıb. CMF Phone 1-in təqdimatı 8 iyul tarixində baş tutacaq.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimata sayılı günlər qalmış CMF Phone 1-in arxa panel dizaynı səırgilənib və ön panelinin fotosu sızıb
Təqdimata sayılı günlər qalmış Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu olacaq CMF Phone 1-in arxa panel dizaynını bütünlüklə sərgiləyib.

Cihazlar+
Təqdimata hazırlaşan CMF Phone 1-in arxa kamera dizaynı sərgilənib
Nothing şirkətinin CMF subbrendinin 8 iyul tarixindəki təqdimata hazırlaşan CMF Phone 1 adlı ilk smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edirlər.

Cihazlar+
Təqdimata hazırlaşan CMF Phone 1-in hansı növ ekranı və hansı prosessoru əldə edəcəyi açıqlanıb
Nothing şirkətinin CMF adlı subbrendi 8 iyul tarixində ilk smartfonu olacaq CMF Phone 1-i təqdim edəcək. Təqdimat günü yaxınlaşdıqca subbrend sözügedən smartfon barəsində daha çox məlumatı təqdim edir.

Cihazlar+
CMF Watch Pro 2 smart saatının dizaynı qismən sərgilənib
Nothing şirkətinin CMF subbrendi 8 iyul tarixində baş tutacaq təqdimat tədbirinə hazırlaşır.

Cihazlar+
CMF Phone 1-in əsas fərqləndirici özəlliyi sərgilənib
Artıq məlumdur ki, Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu olacaq CMF Phone 1-i 8 iyul tarixində təqdim edəcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
