
Təqdimata sayılı günlər qalmış Honor 300 Ultra-nın fotoları təqdim edilib
Cihazlar+
28.11.2024
Emil
Honor şirkəti təqdimata sayılı günlər qalmış Honor 300 Ultra-nın fotolarını təqdim edib. Qeyd etmək lazımdır ki, Honor 300 smartfon seriyasının təqdimatı 2 dekabr tarixində baş tutacaq. Artıq məlumdur ki, bu seriyaya Honor 300, Honor 300 Pro modelləri daxil olacaqlar. İndi isə məlum oldu ki, seriyaya daxil olacaq modellərdən biri isə Honor 300 Ultra olacaq. Təqdim edilmiş fotolarda smartfonun yalnız arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, Honor 300 Ultra arxa panel dizaynı baxımından Honor 300 və Honor 300 Pro-dan heç də fərqlənməyəcək. Bununla belə Honor 300 Ultra-nın gövdəsinin kənar hissələri əyilmiş dizaynda hazırlanmalıdır. Çox güman ki, Ultra model Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
