Logo
    main-post-cover

    Təqdimata sayılı günlər qalmış iPhone 14 barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    31.08.2022
    Emil
        iPhone 14 seriyasının təqdimatına sayılı günlər qalıb və bu səbəblə də yeni iPhone smartfonları barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. Müxtəlif mənbələrdən olan məlumatlara əsasən yeni iPhone modellərində bəzi dəyişikliklər olacaq. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən iPhone 14 Pro iPhone 14 Pro Max modellərində yeni ultragenişbucaqlı kamera obyektivindən istifadə ediləcək. Yeni ultragenişbucaqlı kamera obyektivinin 1.4 mikrometr ölçülü piksellərə sahib olacağı gözlənilir. Bu isə öz növbəsində yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotoların əldə edilməsinə şərait yaradacaq.
        Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, iPhone 14 Pro modellərinin ekranlarında ənənəvi çıxıntı hissə olmayacaq. Bunun əvəzinə Pro modellərin ekranlarında 2 ədəd kiçik çıxıntı reallaşdırılacaq. Onlardan biri dairəvi, digəri isə oval formada olacaq. Lakin iPhone 14 Pro alıcıları təkcə bununla fərqlənmə imkanına sahib olmayacaqlar. Belə ki, yeni məlumata əsasən iPhone 14 Pro modellərinin bənövşəyi rəngdə gövdəyə sahib versiyaları satışa çıxarılacaq. Bundan əlavə olaraq şirkət iPhone 14 modellərində daha güclü MagSafe maqnitlərindən istifadə edə bilər. Bunun sayəsində smartfonlara müxtəlif aksesuarların daha etibarlı şəkildə bərkidilməsini reallaşdırmaq olacaq.
        İnsayderlər bildiriblər ki, Apple titan materialdan ibarət gövdəyə sahib iPhone 14 Pro-nun prototipini yaradıb. Lakin bu cür smartfonun istehsalının qəliz və satış qiymətinin yüksək olacağı səbəbilə şirkət gövdələrdə paslanmaz poladdan istifadənin davamına qərar verib. Qeyd etmək lazımdır ki, iPhone 14 seriyasının təqdimatı 7 sentyabr tarixində baş tutacaq. Təqdimat tədbiri çərçivəsində iPhone 14 modelləri ilə yanaşı həmçinin Apple Watch 8 smart saat seriyasının da təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər