Logo
    main-post-cover

    Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) Geekbench testlərindən keçib

    Cihazlar+
    07.07.2023
    Emil
        Nothing şirkəti gələn həftə Nothing Phone (2) smartfonunu təqdim edəcək. Təqdimat 11 iyul tarixində baş tutacaq. Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) Geekbench testlərindən keçib. Smartfon iki dəfə testlərdən keçib və hər birində test nəticələri fərqlənirlər. Belə ki, aparılmış birinci test çərçivəsində smartfon bir nüvəli yüklənmə üzrə 1733 xal, çox nüvəli yüklənmə üzrə isə 4207 xal toplayıb. İkinci test çərçivəsində smartfon bir nüvəli yüklənmə üzrə 1739 xal, çox nüvəli yüklənmə üzrə isə 3983 xal toplayıb. Testlərdən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Qeyd etmək lazımdır ki, Nothing Phone (2) Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər