main-post-cover

    Təqdimata sayılı günlər qalmış Nothing Phone (2a) Plus-ın texniki imkanları açıqlanıb

    Cihazlar+
    26.07.2024
    Emil Nəcəfov
         Dünən Nothing şirkəti rəsmi şəkildə elan etdi ki, təqdimata hazırlaşan Nothing Phone (2a) Plus smartfonu MediaTek Dimensity 7350 Pro prosessoru vasitəsilə çalışacaq. İndi isə insayderlər bu yeni smartfonun digər texniki imkanları barəsində məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Nothing Phone (2a) Plus 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edəcək.
        Üstəlik ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Bununla yanaşı smartfon özündə LPDDR5 standartlı RAM yaddaşını və UFS 3.1 standartlı daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda insayderlər qeyd ediblər ki, smartfon 50 MP + 50 MP ikili arxa kameraya və 50 MP-lik ön kameraya sahib olacaq. Batareyaya gəldikdə isə o, 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Nothing Phone (2a) Plus-ın təqdimatı 31 iyul tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (2a) Plus-ın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
    nothing-phone-2a-plus-in-hansi-prosessoru-elde-edeceyi-resmi-sekilde-aciqlanib
    Nothing Phone (2a) Plus smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib
    nothing-phone-2a-plus-smartfonunun-teqdimati-resmi-sekilde-anons-edilib
    Nothing Phone (2a) Plus smartfonunun bəzi tenxiki imkanları açıqlanıb
    nothing-phone-2a-plus-smartfonunun-bezi-tenxiki-imkanlari-aciqlanib
    Yaxın zamanda Nothing Phone (2a) Plus smartfonu təqdim oluna bilər
    yaxin-zamanda-nothing-phone-2a-plus-smartfonu-teqdim-oluna-biler
    CMF Buds Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    cmf-buds-pro-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti