main-post-cover

    Təqdimata sayılı günlər qalmış POCO F6 Pro-nun qutu açılışı videosu ortaya çıxıb

    Cihazlar+
    20.05.2024
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi keçən həftə POCO F6 Pro smartfonunun təqdimatını anons etdi. Sözügedən smartfon 23 may tarixində təqdim olunacaq. Təqdimata sayılı günlər qalmış internetdə POCO F6 Pro-nun qutu açılışı videosu ortaya çıxıb. Ortaya çıxmış video smartfonun xarici görünüşü və texniki imkanları ilə yaxından tanış olmağa imkan verir. Ortaya çıxmış videoda POCO F6 Pro-nun qara rəngli gövdəyə sahib versiyası əks olunub. Smartfonun arxa panelində düzbucaq formasında kamera sahəsi yerləşir.
         Kamera sahəsi isə özündə 3 ədəd obyektiv ilə LED işıqlandırmanı birləşdirir. Smartfonun 50 MP-lik əsas arxa kameraya sahib olacağı gözlənilir. Ön paneldən smartfon yastı ekranı əldə edib. Ekran ətrafı çərçivə nazikdir və onun üzərində kiçik dairəvi çıxıntı yerləşir. Məlumata əsasən POCO F6 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib WQHD+ keyfiyyətli ekranla təchiz olunacaq, Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək. Smartfon qutudan HyperOS-i əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Buds 6 Active Edition naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    redmi-buds-6-active-edition-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Redmi Note 13R smartfonu təqdim edilib - QIYM'TI
    redmi-note-13r-smartfonu-teqdim-edilib-qiymti
    Redmi K70 Ultra flaqman smartfonu sertifikatlaşdırmadan keçib
    redmi-k70-ultra-flaqman-smartfonu-sertifikatlasdirmadan-kecib
    Xiaomi artıq elektrikli krossover üzərində çalışır
    xiaomi-artiq-elektrikli-krossover-uzerinde-calisir
    Təqdimata hazırlaşan POCO F6-nın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə məlum olub
    teqdimata-hazirlasan-poco-f6-nin-hansi-prosessoru-elde-edeceyi-resmi-sekilde-melum-olub