Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Samsung şirkəti Galaxy S25 smartfonlarını artıq gələn həftə təqdim edəcək. Bu, 22 yanvar tarixində baş tutacaq. Təqdimata sayılı günlər qalmış internetdə Galaxy S25 smartfonlarının bəzi reklam fotoları ortaya çıxıb. Ortaya çıxmış reklam fotolarda smartfonların kamera göstəriciləri və batareya həcmləri əks olunublar. Beləliklə fotolardan birinə əsasən Galaxy S25 və S25+ modelləri 50 MP + 12 MP + 10 MP üçlü arxa kameraya və 12 MP-lik ön kameraya sahib olacaq. Digər fotoda isə qeyd edilib ki, Galaxy S25 Ultra modeli 200 MP + 50 MP + 50 MP + 10 MP dördlü arxa kameraya və 12 MP-lik ön kameraya sahib olacaq. Batareya həcmləri mövzusuna gəldikdə, Galaxy S25+ modeli 4900 mAh enerji tutumlu batareya ilə, Galaxy S25 Ultra modeli isə 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.