
Təqdimata sayılı günlər qalmış Samsung Galaxyb M34 5G-nin texniki göstəriciləri məlum olub
Samsung şirkəti 7 iyul tarixində Galaxy M34 5G smartfonunu təqdim edəcək. Təqdimata az müddət qalmış insayderlər sözügedən smartfonun texniki göstəriciləri barəsində məlumatlar veriblər. Beləliklə insayderıərin sözlərinə əsasən Galaxy M34 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran ilə təchiz olunacaq və ekranın özü Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon Exynos 1280 prosessoru vasitəsilə çalışacaq və özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, Galaxy M33, A33 və A53 smartfonları da Exynos 1280 prosessoru vasitəsilə çalışırlar. Kameralar mövzusunda Galaxy M34 5G smartfonu 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahib olacaq.
Paylaş
Bənzər xəbərlər