Logo
    main-post-cover

    Təqdimata sayılı günlər qalmış Xiaomi 15 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    21.10.2024
         Xiaomi 23 oktyabr tarixində Çində Xiaomi 15 smartfonlarını təqdim edəcək. Təqdimata sayılı günlər qalmış adi Xiaomi 15-in Geekbench testlərindən keçdiyi məlum olub. Bu öz növbəsində Xiaomi 15 barəsində daha öncə ortaya çıxmış bəzi məlumatları təsdiqləmiş oldu. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən adi Xiaomi 15 smartfonunun prosessoru 4.32 3.53 GHz tezliklərdə çalışan nüvələrdən təşkil edilib. Çox güman ki, söhbət, təqdimata hazırlaşan Snapdragon 8 Elite prosessorundan gedir Geekbench testlərindən Xiaomi 15-in 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, bu yeni smartfon qutudan Android 15-i əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3097 xal, çox nüvəli testi çərçivəsində isə 9688 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Təqdimata sayılı günlər qalmış Xiaomi 15 smartfonu Geekbench testlərindən keçib | Technote