Logo
    main-post-cover

    Təqdimatdan 1 gün öncə POCO M6 Plus 5G-in bəzi texniki imkanları təsdiqlənib

    Cihazlar+
    31.07.2024
    Emil
         Xiaomi-nin POCO brendi artıq sabah POCO M6 Plus 5G smartfonunu təqdim edəcək. Təqdimatdan bir gün qabaq isə bu yeni smartfonun bəzi özəllikləri rəsmi şəkildə təsdiqlənib. Beləliklə POCO tərəfindən təqdim edilmiş yeni posterlərə əsasən POCO M6 Plus 5G smartfonu bazara 3 gövdə rəngində satışa çıxacaq. Üstəlik smartfon Snapdragon 4 Gen 2 AE prosessoru vasitəsilə çalışacaq və özündə 108 MP-lik əsas arxa kameranı birləşdirəcək. Bununla yanaşı posterlərdən birində qeyd edilib ki, POCO M6 Plus 5G 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym ölçülü ekranı əldə edəcək və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5030 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfon qutudan HyperOS interfeysli Android 14-ü əldə edəcək.
    Paylaş