main-post-cover

    Təqdimatdan 1 gün qabaq Motorola RAZR 40 Ultra-nın rəsmi texniki özəllikləri təqdim edilib

    Cihazlar+
    31.05.2023
    Emil Nəcəfov
        Təqdimatdan bir gün öncə insayderlər qatlana bilən qapaqlı yeni Motorola RAZR 40 Ultra smartfonunun rəsmi texniki göstəricilərini təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən smartfon 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.9 düym daxili pOLED 144 Hz-lik təsvir yenilənməsinə sahib 3.6 düym xarici pOLED ekran ilə təchiz olunacaq. Hər iki ekran Gorilla Glass 7 qoruyucu şüşəsi ilə əhatə olunacaq.
        Motorola RAZR 40 Ultra Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək. Smartfon 13 MP + 12 MP ikili arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Bununla yanaşı onun gövdəsi IP52 standartı üzrə sudan qorunacaq. Motorola RAZR 40 Ultra 33 vatt gücündə sürətli şarj texnologiyalı 3800 mAh enerji tutumlu batareyaya sahib olacaq və üstrəlik 5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, Motorola RAZR 40 smartfon seriyası artıq sabah təqdim olunacaq.
    Linki kopyala