Logo
    main-post-cover

    Təqdimatdan 1 gün qabaq Xiaomi 13 Ultra-nın daha bir özəlliyi məlum olub

    Cihazlar+
    17.04.2023
    Emil
        Xiaomi şirkəti reklam posterləri vasiəsilə Xiaomi 13 Ultra smartfonu barəsində məlumatları təqdim etməyə davam edir. Şirkətin bu dəfə paylaşmış olduğu reklam posteri smartfonun aşağı səviyyədə enerjiyə sahib olduğu zaman çalışma müddətini əhatə edir. Beləliklə məlum olub ki, Xiaomi 13 Ultra smartfonu şirkətin Surge P2 Surge G1 çipləri ilə təchiz olunub. Sözügedən çiplər smartfon batareyasının çalışma effektivliyinin yüksəlməsi üçün nəzərdə tutulub. Surge G1 çipi haqqında məlumat çox azdır.
        Lakin məlumdur ki, Surge P2 çipi Xiaomi 12 smartfon seriyasında istifadə edilmiş Surge P1 çipinin davamçısı rolunda çıxış edir. Məlumata əsasən Surge P2 və Surge G1 çipləri sayəsində Xiaomi 13 Ultra smartfonu hətta 1% enerjiyə sahib olduğu zaman da uzun müddət ərzində çalışa biləcək. Şirkətin rəsmi məlumatına əsasən bu halda smartfon 60 dəqiqə ərzində adi rejimdə və 12 dəqiqə ərzində telefon danışığı rejimində çalışa biləcək. Lakin onu da qeyd etmək lazımdır ki, bu imkandan faydalanmaq üçün istifadəçi smartfonda enerjiyə qənaət rejimini aktivləşdirməli olacaq.
    Paylaş
    Bənzər xəbərlər