
Təqdimatdan bir gün öncə Honor Magic V Flip smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
12.06.2024
Emil
Honor şirkəti artıq sabah ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edəcək. Söhbət, Honor Magic V Flip-dən gedir. Təqdimata bir gün qalmış sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində Honor Magic V Flip barəsində bəzi təfərrütlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Honor-un ilk qatlana bilən qapaqlı smartfonu Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlum olub ki, Honor Magic V Flip qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1732 xal, çox nüvəli testi çərçivəsində isə 4431 xal toplayıb. Daha öncəki məlumat sızıntılarına əsasən Honor Magic V Flip smartfonu özündə 50 MP-lik əsas arxa kamera ilə 66 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
