
Təqdimatdan bir gün öncə Honor Magic Vs3-ün bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
11.07.2024
Emil
Honor şirkəti artıq sabah yeni qatlana bilən smartfonları olacaq Honor Magic V3 və Magic Vs3-ü təqdim edəcək. Təqdimatdan bir gün qabaq isə insayderlər Honor Magic Vs3-ün texniki imkanlarını açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən Honor Magic Vs3 smartfonu 2022-ci ildə təqdim edilmiş Snapdragon 8 Gen 2 flaqman prosessoru vasitəsilə çalışacaq.
Qeyd etmək lazımdır ki, dünən sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum oldu və Geekbench-in məlumatlar bazası da təsdiqlədi ki, smartfon Qualcomm-un 2022-ci il flaqman prosessorunu əldə edəcək. Honor Magic V3-ün isə keçən ilki Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bununla yanaşı insayderlər bildiriblər ki, Honor Magic Vs3 smartfonu 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək və özündə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
