
Təqdimatdan bir gün öncə Huawei nova 13 Pro smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
21.10.2024
Emil
Huawei nova 13 smartfon seriyası artıq sabah təqdim olunacaq. Bu seriyaya minimum iki model daxil olacaq. Huawei nova 13 və nova 13 Pro. İndi isə məlum olub ki, Huawei nova 13 Pro modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən nova 13 Pro smartfonu Kirin 8000 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Geekbench-də smartfonun qutudan Android 12 vasitəsilə çalışacağı qeyd edilsə də, bu əslində HarmonyOS olacaq. Beləliklə Huawei nova 13 Pro smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 997 xal, çox nüvəli testi çərçivəsində isə 2900 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
