main-post-cover

    Təqdimatdan bir gün öncə OnePlus Open-in bəzi texniki göstəriciləri məlum olub

    Cihazlar+
    18.10.2023
    Emil Nəcəfov
         İnsayderlər qatlana bilən OnePlus Open smartfonunun yeni render fotolarını təqdim ediblər. Təqdim edilmiş render fotolarda smartfonun texniki göstəriciləri, arxa kamera dizaynı və arxa kameraların göstəriciləri əks olunublar. Beləliklə məlumata əsasən OnePlus Open smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 7.82 düym daxili Flexi-fluid AMOLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.31 düym xarici Super Fluid AMOLED ekran ilə təchiz olunacaq. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 2800 nit təşkil edəcək.
         Üstəlik xarici ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunacaq. Fotolardan birində görmək olar ki, OnePlus Open-in arxa panelində dairəvi formalı kamera sahəsi mövcud olacaq və onun daxilində 3 ədəd kamera obyektivi yerləşəcək. 48 MP (f/1.7 diafraqmalı və optik stabilizasiyalı Sony Lytia T808) + 64 MP (f/2.6 diafraqma, 3 qat optik zoom və 120 qat rəqəmsal zoom) + 48 MP (f/2.2 diafraqma, 114 dərəcə bucaq əhatəsi). Smartfonun xarici ekranı üzərində 32 MP-lik, daxili ekranı üzərində isə 20 MP-lik ön kamera yerləşəcək. Qeyd etmək lazımdır ki, OnePlus Open-in təqdimatı artıq sabah baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 və OnePlus 12 smartfonlarının ekranlarında parlaqlıq hansı səviyyədə olacaq?
    samsung-galaxy-s24-ve-oneplus-12-smartfonlarinin-ekranlarinda-parlaqliq-hansi-seviyyede-olacaq
    Qatlana bilən OnePlus Open yeni videoda sərgilənib (VİDEO)
    qatlana-bilen-oneplus-open-yeni-videoda-sergilenib-video
    Gələn ilki OnePlus Nord 4 barəsində ilk məlumatlar verilib
    gelen-ilki-oneplus-nord-4-baresinde-ilk-melumatlar-verilib