
Təqdimatdan bir gün öncə Redmi K70 və K70 Pro-nun yeni real fotoları ortaya çıxıblar
Cihazlar+
28.11.2023
Emil
Təqdimatdan bir gün öncə Redmi K70 və Redmi K70 Pro smartfonlarının yeni real fotoları ortaya çıxıblar. Ortaya çıxmış fotolardan da görmək olar ki, sözügedən smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər. Hər iki smartfon yastı ekranı, ekran üzərində kiçik dairəvi çıxıntını və arxa paneldən düzbucaqlı formasında kamera sahəsini əldə edəcək. Qeyd etmək lazımdır ki, adi Redmi K70 modeli Snapdragon 8 Gen 2 prosessoru, Redmi K70 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı bu smartfon seriyasına Redmi K70E modeli də daxil olacaq və o, MediaTek Dimensity 8300 Ultra prosessoru vasitəsilə çalışacaq.




Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
