
Təqdimatdan bir gün öncə Redmi Note 12 smartfonlarının render fotoları ortaya çıxıb
Cihazlar+
25.10.2022
Emil
Artıq sabah Redmi brendi yeni Note seriyasını təqdim edəcək. Söhbət, Redmi Note 12 smartfon seriyasından gedir. Təqdimata bir gün qalmış Redmi Note 12 modellərinin keyfiyyətli render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar Redmi Note 12 Pro və Note 12 Pro+ smartfonlarını əhatə edirlər. Ortaya çıxmış fotolardan da görmək olar ki, Redmi Note 12 Pro modeli 50 MP-lik əsas arxa kamera, Note 12 Pro+ modeli isə 200 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Söhbət, Samsung-un bir neçə müddət bundan öncə təqdim etmiş olduğu 200 MP-lik ISOCELL HPX kamera sensorundan gedir. Bununla yanaşı smartfonların arxa panellərində 5G yazısının olması Redmi Note 12 modellərinin 5G şəbəkə dəstəyinə sahib olacaqlarını təsdiqləyir. Bəzi məlumatlara əsasən Redmi Note 12 Pro+ modeli həmçinin 210 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
Redmi Note 12 Pro:


Redmi Note 12 Pro+:

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
