Logo
    main-post-cover

    Təqdimatdan bir gün öncə Redmi Pad Pro planşetinin bəzi texniki imkanları təqdim edilib

    Cihazlar+
    09.04.2024
    Farid
         Redmi brendi sabah Redmi Turbo 3 smartfonu ilə yanaşı həmçinin Redmi Pad Pro planşetini də təqdim edəcək. Təqdimatdan bir gün öncə isə bu planşetin bəzi texniki imkanları posterlər şəklində təqdim olunub. Posterlərdən biri Redmi Pad Pro-nun ekran özəlliklkərini özündə birləşdirir. Həmin posterə əsasən planşet 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 12.1 düym ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edəcək. Digər bir posterə əsasən planşet 33 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Şirkət bildirib ki, Redmi Pad Pro gözləmə rejimində 56.7 gün çalışa bilər. Planşetin hansı prosessoru əldə edəcəyi bilinmir. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə inansaq, planşet Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş