
Təqdimatdan bir gün öncə Redmi Turbo 3-ün ekran özəllikləri təqdim edilib
Redmi brendi artıq sabah Redmi Turbo 3 smartfonunu təqdim edəcək. Təqdimata bir gün qalmış Redmi brendi sözügedən smartfonun texniki özəlliklərindən birini açıqlayıb. Beləliklə Redmi tərəfindən təqdim edilmiş posterə əsasən Redmi Turbo 3 smartfonu yüksək təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli AMOLED ekranı əldə edəcək. Bununla yanaşı ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. Posterdə qeyd edilib ki, Redmi Turbo 3-ün ekranı 68.7 milyard rəngi dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacağı artıq təsdiqlənib.

Paylaş