main-post-cover

    Təqdimatdan bir gün qabaq Huawei nova 12 Ultra-nın texniki göstəriciləri açıqlanıb

    Cihazlar+
    25.12.2023
    Emil Nəcəfov
         Huawei şirkəti artıq sabah nova 12 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya adi nova 12 və nova 12 Pro ilə yanaşı həmçinin nova 12 Ultra modeli də daxil olmalıdır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder nova 12 Ultra modeli barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən nova 12 Ultra smartfonu 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və ekran Kunlun Glass adlı qoruyucu şüşə ilə əhatə olunacaq.
         Bununla yanaşı ekran üzərində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşəcək. İnsayder bildirib ki, smartfon 60 MP + 8 MP ikili ön kameraya sahib olacaq. Arxa paneldən isə smartfon 3 ədəd kamera obyektivini əldə edəcək. Onlardan ən əsası 50 MP-lik olacaq. Məlumata əsasən 50 MP-lik əsas arxa kamera dəyişkən diafraqma özəlliyini özündə birləşdirəcək. Bununla yanaşı insayder bildirib ki, nova 12 Ultra smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei ikiqat qatlanma mexanizminə sahib smartfon üzərində çalışır
    huawei-ikiqat-qatlanma-mexanizmine-sahib-smartfon-uzerinde-calisir
    Huawei nova 12 Pro və nova 12 Ultra-nın kameraları haqqında məlumat verilib
    huawei-nova-12-pro-ve-nova-12-ultra-nin-kameralari-haqqinda-melumat-verilib
    Huawei nova 12 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    huawei-nova-12-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib
    Məşhur insayder Huawei nova 12 Ultra-nın bəzi texniki göstəricilərini açıqlayıb
    meshur-insayder-huawei-nova-12-ultra-nin-bezi-texniki-gostericilerini-aciqlayib
    Qeyri-adi dizayna sahib Huawei FreeClip adlı yeni naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
    qeyri-adi-dizayna-sahib-huawei-freeclip-adli-yeni-naqilsiz-qulaqliq-teqdim-edilib-qiymeti