Təqdimatdan bir gün qabaq məşhur insayder iPhone 12 smartfonları barəsində yeni məlumatlar verib
Cihazlar+
12.10.2020
Farid Pardashunas
Çox zaman doğru çıxmış məlumatları ilə məşhurlaşan nüfuzlu insayder Max Weinbach, iPhone 12 seriyasının təqdimatından 1 gün qabaq bu seriyaya daxil olacaq smartfonların bəzi texniki özəllikləri barəsində məlumat verib. İnsayder əsasən smartfonların batareyaları, kameraları və Face ID sistemləri barəsində məlumatlar verib. Bu barədə 9to5mac saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən iPhone 12 Pro və iPhone 12 Pro Max modelləri iPhone 11 Pro və iPhone 11 Pro Max modelləri ilə müqayisədə bir dəfə şarj olunandan sonra 1 saat daha çox çalışa biləcəklər.
Lakin iPhone 12 Mini modelinin batareya həcmi iPhone 11 ilə müqayisədə bir qədər kiçik olacaq. iPhone 12 modellərində olacaq yenilənmiş Face ID sistemi yeni dinamik alqoritm sayəsində daha sürətli çalışacaq. Bununla yanaşı insayder bildirib ki, iPhone 12 Pro modeli 4 qat, iPhone 12 Pro Max modeli isə 5 qat optik zoom özəlliyini əldə edəcək. Bununla yanaşı Apple şirkəti bir neçə kadrı tam bir kadra birləşdirmə özəlliyi vasitəsilə rəqəmsal zoom funksiyasını da təkmilləşdirəcək.
Kameralar vasitəsilə çəkiləcək fotoların keyfiyyətlərinin yüksəldilməsi üçün həmçinin Deep Fusion və Smart HDR 3 texnologiyalarından istifadə olunacaq. Məlumatda qeyd olunub ki, iPhone 12 modelinin ultragenişbucaqlı obyektivi yüksək işıq keçiriciliyinə sahib diafraqmanı özündə birləşdirəcək. Bu isə öz növbəsində yaxşı işıqlandırılmamış mühitdə keyfiyyətli fotoların əldə olunmasını təmin edəcək və makrofotoqrafiya üzrə geniş imkanlar təqdim edəcək. İnsayder qeyd edib ki, iPhone 12 həmçinin 240 fps-də 4K keyfiyyətli videolar da çəkə biləcək. Qeyd etmək lazımdır ki, iPhone 12 seriyasının təqdimatı sabah baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)