main-post-cover

    Təqdimatdan bir gün qabaq Nothing Phone (2a) Plus-ın fotosu təqdim edilib

    Cihazlar+
    30.07.2024
    Emil Nəcəfov
         Nothing şirkəti artıq sabah Nothing Phone (2a) Plus smartfonunu təqdim edəcək. Təqdimata bir gün qalmış Smartprix saytı bu yeni smartfonun fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, Nothing Phone (2a) Plus modeli xarici görünüşcə mart ayında təqdim edilmiş Nothing Phone (2a)-dan heç də fərqlənməyəcək. Yeni smartfon gümüşü ağ rəngdə gövdəni, üfüqi vəziyyətdə yerləşmiş ikili arxa kameranı və 3 ədəd işıq diodundan təşkil edilmiş Glyph işıqlandırma sistemini əldə edəcək. Artıq rəsmi şəkildə məlumdur ki, Nothing Phone (2a) Plus smartfonu MediaTek Dimensity 7350 Pro prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM ilə 8 GB virtual RAM-ı birləşdirəcək. Bununla yanaşı smartfonun 6.7 düym ölçülü AMOLED ekranı əldə edəcəyi və 50 MP + 50 MP ikili arxa kameraya sahib olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata sayılı günlər qalmış Nothing Phone (2a) Plus-ın texniki imkanları açıqlanıb
    teqdimata-sayili-gunler-qalmis-nothing-phone-2a-plus-in-texniki-imkanlari-aciqlanib
    Nothing Phone (2a) Plus-ın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
    nothing-phone-2a-plus-in-hansi-prosessoru-elde-edeceyi-resmi-sekilde-aciqlanib
    Nothing Phone (2a) Plus smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib
    nothing-phone-2a-plus-smartfonunun-teqdimati-resmi-sekilde-anons-edilib
    Nothing Phone (2a) Plus smartfonunun bəzi tenxiki imkanları açıqlanıb
    nothing-phone-2a-plus-smartfonunun-bezi-tenxiki-imkanlari-aciqlanib
    Yaxın zamanda Nothing Phone (2a) Plus smartfonu təqdim oluna bilər
    yaxin-zamanda-nothing-phone-2a-plus-smartfonu-teqdim-oluna-biler