
Təqdimatdan bir gün qabaq Nubia Z60 Ultra-nın əsas texniki imkanları açıqlanıb
Cihazlar+
18.12.2023
Emil
Nubia şirkəti artıq sabah yeni flaqman smartfonu Nubia Z60 Ultra-nı təqdim edəcək. Sabahkı təqdimatı gözləmədən şirkət smartfonun əsas texniki göstəricilərini açıqlayıb. Beləliklə Nubia Z60 Ultra smartfonu LTPO texnologiyası əsasında hazırlanmış 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.82 düym ekranı əldə edəcək. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. Şirkət bildirib ki, Nubia Z60 Ultra Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 12/16 GB RAM ilə 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. Smartfonun batareyası 80 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Kameralara gəldikdə isə smartfon 50 MP + 50 MP + 64 MP üçlü arxa kamera ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
