main-post-cover

    Təqdimatdan bir gün qabaq OPPO Find N3-ün reklam materialları təqdim edilib

    Cihazlar+
    18.10.2023
    Emil Nəcəfov
         Təqdimata bir gün qalmış məşhur insayder Evan Blass qatlana bilən OPPO Find N3 smartfonunun reklam materiallarını təqdim edib. OPPO Find N3-ün dizaynı daha öncə də müxtəlif fotolar və videolar vasitəsilə sızdırılmışdı. Lakin Evan Blass tərəfindən təqdim edilmiş reklam materialları vasitəsilə smartfonun dizaynına ətraflı şəkildə nəzər yetirmək olar. Məlumatda qeyd edilib ki, OPPO Find N3-ün çəkisi 245 qramm, açıq vəziyyətdə qalınlığı isə 5.8 mm təşkil edəcək.
         Smartfonun arxa panelində dairəvi formalı kamera sahəsi yerləşir və onun daxilində 3 ədəd kamera obyektivi mövcuddur. Fotolardan birində qeyd edilib ki, smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 4805 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, OPPO Find N3-ün təqdimatı artıq sabah baş tutacaq. Sabah həmçinin qatlana bilən OnePlus Open də təqdim olunacaq. OnePlus Open isə öz növbəsində OPPO Find N3-ün qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bu ilin üçüncü rübündə alıcılar arasında ən məşhur olmuş smartfon brendlərinin adları açıqlanıb
    bu-ilin-ucuncu-rubunde-alicilar-arasinda-en-meshur-olmus-smartfon-brendlerinin-adlari-aciqlanib
    Təqdimata az müddət qalmış OPPO Find N3-ün yeni fotoları təqdim edilib
    teqdimata-az-muddet-qalmis-oppo-find-n3-un-yeni-fotolari-teqdim-edilib
    OPPO Find N3 yüksək səviyyədə təhlükəsizliyə shaib olacaq (VİDEO)
    oppo-find-n3-yuksek-seviyyede-tehlukesizliye-shaib-olacaq-video