
Təqdimatdan bir gün qabaq Red Magic-in yeni gaming planşetinin ekran özəllikləri açıqlanıb
Cihazlar+
04.09.2024
Emil
Nubia şirkətinin Red Magic brendi artıq sabah öz yeni gaming planşetini təqdim edəcək. Təqdimata 1 gün qalmış yeni gaming planşet barəsində əlavə rəsmi məlumatlar verilib. Beləliklə məlumata əsasən planşetin Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq versiyası 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli ekranla təchiz olunacaq. Bununla yanaşı planşet kontentlərin 3D formatda əks olunması özəlliyini əldə edəcək. Kontentləri 3D formatda görmək üçün isə xüsusi eynəklərdən istifadə etməyə ehtiyac olmayacaq. Lakin planşetdə hansı növ ekrandan istifadə ediləcəyi bilinmir. Ola bilsin ki, söhbət, OLED ekrandan gedir.


Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
