
Təqdimatdan bir gün qabaq Redmi 13C 5G haqqında yeni rəsmi məlumatlar verilib
Cihazlar+
05.12.2023
Emil
Xiaomi-nin Redmi brendi artıq sabah qlobal bazarda Redmi 13C 5G smartfonunu təqdim edəcək. Təqdimata bir gün qalmasına baxmayaraq şirkət onun barəsində məlumatlar verməyə davam edir. Redmi tərəfindən təqdim edilmiş posterlərdən birinə əsasən Redmi 13C 5G smartfonu bazara 3 gövdə rəngində satışa çıxacaq. Startrail Black, Startrail Silver və Startrail Green. Bununla yanaşı smartfon ikili arxa kameranı əldə edəcək və onlardan ən əsası 50 MP-lik olacaq. Ön paneldən isə smartfon Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə ediləcək. Qeyd etmək lazımdır ki, Redmi 13C 5G smartfonunun 90 Hz-lik təsvir yenilənməsinə sahib LCD ekranla təchiz olunacağı və MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
