main-post-cover

    Təqdimatdan bir gün qabaq Xiaomi 14 Ultra barəsində yeni rəsmi məlumatlar verilib

    Cihazlar+
    21.02.2024
    Emil Nəcəfov
         Artıq sabah Çində Xiaomi 14 Ultra flaqman smartfonu təqdim ediləcək. Təqdimata bir gün qalmış Xiaomi bu smartfon barəsində bəzi yeni məlumatları təqdim edib. Şirkət bildirib ki, Xiaomi 14 Ultra-nın fərqləndirici tərəflərindən biri də onun müasir texnologiya əsasında hazırlanmış batareyası və dözümlü arxa qapağı olacaq. Məlumatda qeyd edilib ki, Xiaomi 14 Ultra smartfonu 5300 mAh enerji tutumlu silisium-karbon batareyanı əldə edəcək.
    Xiaomi bildirib ki, bu batareya litium-ion batareyadan 8% daha kompaktdır və o, smartfonun bir dəfə şarj olunmasından sonra 17% daha uzun müddət ərzində çalışmasına imkan verir. Xiaomi 14 Ultra-nın gövdə ətrafı çərçivəsinin orta hissəsi alüminium ərintisindən hazırlanıb. O, Xiaomi 13 Ultra-nın gövdə ətrafı çərçivəsindən fərqli olaraq əyilmə tipli yüklənməyə iki dəfə daha dözümlüdür. Bununla yanaşı şirkət bildirib ki, yeni smartfonun ekranı düşüşlərə 10 dəfə daha dözümlüdür. Smartfonun arxa panelinin zədələnmələrə dözümlülüyü isə 6 dəfə artıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Civi 4 Geekbench testlərindən keçib
    xiaomi-civi-4-geekbench-testlerinden-kecib
    RedmiBook Pro 14 (2024) və RedmiBook Pro 16 (2024) noutbukları təqdimata hazırlaşırlar
    redmibook-pro-14-2024-ve-redmibook-pro-16-2024-noutbuklari-teqdimata-hazirlasirlar
    Xiaomi Pad 6S Pro planşeti barəsində əlavə rəsmi məlumatlar verilib
    xiaomi-pad-6s-pro-planseti-baresinde-elave-resmi-melumatlar-verilib
    Xiaomi Civi 4-ün hansı prosessoru əldə edəcəyi və nə zaman təqdim olunacağı açıqlanıb
    xiaomi-civi-4-un-hansi-prosessoru-elde-edeceyi-ve-ne-zaman-teqdim-olunacagi-aciqlanib
    Xiaomi 14 Ultra Geekbench testlərindən keçib
    xiaomi-14-ultra-geekbench-testlerinden-kecib