
Təqdimatdan bir gün qabaq Xiaomi 14-ün bəzi özəllikləri rəsmi şəkildə təqdim edilib
Xiaomi şirkəti təqdimatdan bir gün öncə Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Xiaomi 14-nin özəllikləri barəsində məlumatları fotolar şəklində təqdim edib. Beləliklə şirkət təsdiqləyib ki, Xiaomi 14 LTPO texnologiyası vasitəsilə hazırlanmış OLED ekranı əldə edəcək. Söhbət, 1 Hz-dən 120 Hz-ə kimi adaptiv təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.36 düym ekrandan gedir. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 3000 nit təşkil edəcək. Artıq məlumdur ki, Xiaomi 14 bazarda Snapdragon 8 Gen 3 prosessorunu əldə edəcək ilk smartfon olacaq. Bundan əlavə olaraq smartfon LPDDR5x standartlı RAM yaddaşını, UFS 4.0 standartlı daxili yaddaş həcmini əldə edəcək və qutudan Android 14 vasitəsilə çalışacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...