main-post-cover

    Təqdimatdan bir gün qabaq Xiaomi Mi Mix 4-ün posteri və texniki özəllikləri ortaya çıxıb

    Cihazlar+
    09.08.2021
    Farid Pardashunas
        Çinin Weibo sosial şəbəkəsində Xiaomi Mi Mix 4 flaqman smartfon modelinin posterini özündə əks etdirən foto ortaya çıxıb. Sözügedən foto isə Çinin ticarət mərkəzlərindən birində çəkilib. Beləliklə fotodan da görmək olar ki, əvvəlki məlumat sızıntıları təsdiqləniblər. Belə ki, əvvəlki məlumat sızıntılarında qeyd olunmuşdu ki, Mi Mix 4 modeli çox nazik çərçivələrə sahib ekran ilə təchiz olunacaq. Posterdə əks olunmuş Mi Mix 4 həqiqətən də maksimal dərəcədə nazik çərçivələri özündə birləşdirir. Bundan əlavə olaraq smartfonun arxa panelində böyük sahəni əhatə edən kamera sistemi yer alacaq. Mi Mix 4 üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan biri periskop obyektiv olacaq.
        Poster fotosundan əlavə olaraq internetdə Mi Mix 4-ün texniki özəllikləri barəsində məlumatlar da ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.67 düym ekran, Snapdragon 888 prosessoru, 12 GB RAM və 120 vatt gücündə sürətli şarj texnologiyasına sahib 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumatda həmçinin qeyd edilib ki, smartfonun arxa kameralarından ən əsası 100 MP-lik olacaq və 100 qat zoom özəlliyini dəstəkləyəcək. Smartfonun daha bir özəlliyi ondan ibarət olacaq ki, o, IP68 standartı üzrə sudan və tozdan qorunmanı özündə birləşdirəcək. Qeyd emtək lazımdır ki, Mi Mix 4-ün təqdimatı sabah baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər