
Təqdimatdan bir gün qabaq Xiaomi MIX Flip-in xarici ekranı ilə bağlı təfərrüatlar təqdim edilib
Cihazlar+
18.07.2024
Emil
Xiaomi şirkəti ilk qatlana bilən qapaqlı smartfonu olacaq MIX Flip-i artıq sabah təqdim edəcək. Təqdimata bir gün qalmış şirkət bu smartfon barəsində bəzi məlumatları təqdim edib. Beləliklə verilmiş rəsmi məlumata əsasən Xiaomi MIX Flip smartfonu 1.5K keyfiyyətli 4.01 düym ölçülü xarici ekranı əldə edəcək. Xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 1600 nit təşkil edəcək. Üstəlik xarici ekran Dragon Crystal Glass adlı qoruyucu şüşə ilə əhatə olunacaq. Məlumatda qeyd edilib ki, xarici ekranda əlavə səsgücləndirici ilə mikrofon yerləşəcək. Bunun sayəsində istifadəçi smartfonu tam açmadan telefon zənglərinə cavab verə və ya özü telefon zənglərini reallaşdıra biləcək. Qeyd etmək lazımdır ki, Xiaomi MIX Flip-in Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
