
Təqdimatdan öncə Honor 80 SE-nin fotosu və texniki özəllikləri barəsində məlumatlar ortaya çıxıb
Cihazlar+
22.11.2022
Emil
Təqdimatdan bir gün öncə Honor 80 SE smartfonunun real fotosu və texniki göstəriciləri barəsində məlumatlar ortaya çıxıb. Qeyd etmək lazımdır ki, sabah baş tutacaq təqdimat çərçivəsində Honor şirkəti adi Honor 80, Honor 80 Pro və Honor 80 SE smartfonlarını təqdim edəcək. Ortaya çıxmış fotodan da görmək olar ki, Honor 80 SE modeli digər Honor 80 modellərindən xarici görünüşcə fərqlənəcək. Bununla yanaşı o həmçinin bir qədər sadələşdirilmiş texniki göstəriciləri əldə edəcək.

Verilmiş məlumata əsasən Honor 80 SE modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, 6 nanometrlik MediaTek Dimensity 1080 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi və 66 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq. Texniki özəlliklərdən belə qənaətə gəlmək olar ki, Honor 80 modeli Redmi Note 12 Pro smartfonu ilə rəqabət aparacaq. Qeyd etmək lazımdır ki, Dimensity 1080 prosessoruna, 12 GB RAM-a və 256 GB daxili yaddaşa sahib Redmi Note 12 Pro smartfonu 300$-dan bir qədər baha qiymətə satılır. Honor 80 SE-nin qiymətinin 240$-dan start götürəcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
