Logo
    main-post-cover

    Təqdimatdan öncə Huawei nova Flip smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    05.08.2024
         Huawei artıq bu gün özünün nova smartfon seriyasının ilk qatlana bilən qapaqlı smartfonu nova Flip-i təqdim edəcək. Təqdimatdan öncə məlum olub ki, bu smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində nova Flip barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən nova Flip smartfonu Kirin 8000 prosessoru vasitəsilə çalışacaq. Orta səviyyəli olan bu prosessor 8 nüvəlidir.
         O özündə 2.40 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A77 nüvəsini, 2.19 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A77 nüvəsini və 1.84 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir. Prosessorun qrafik imkanlarından isə Arm Mali-G610 qrafik çipi cavabdehdir. Geekbench testlərindən Huawei nova Flip-in 12 GB RAM-a sahib versiyası keçib. Smartfon böyük ehtimal ilə HarmonyOS əməliyyat sistemini əldə edəcək. Geekbench sadəcə olaraq onu səhvən Android 12 kimi identifikasiya edib. Beləliklə Huawei nova Flip smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1000 xal, çox nüvəli testi çərçivəsində isə 2419 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Təqdimatdan öncə Huawei nova Flip smartfonu Geekbench testlərindən keçib | Technote