
Təqdimatdan öncə Red Magic 10 Air-in xarici görünüşü sərgilənib
Cihazlar+
10.04.2025
Emil
Red Magic brendi 16 aprel tarixində Red Magic 10 Air adlı nazik gövdəli yeni gaming smartfonunu təqdim edəcək. İndi isə brend rəsmi təqdimatı gözləmədən sözügedən yeni gaming smartfonunun xarici görünüşünü sərgiləmək qərarına gəlib. Verilmiş məlumata əsasən Red Magic 10 Air smartfonu bazara 3 gövdə rəngində satışa çıxacaq. Shadow Black, Frost Blade White və Flame Orange. Fotolardan da görmək olar ki, bu yeni smartfon yastı gövdə dizaynını əldə edib və özündə üçlü arxa kameranı birləşdirir. Üstəlik Red Magic 10 Air-in ekranı üzərində ön kamera üçün heç bir çıxıntı hissə yoxdur. Bu isə o deməkdir ki, ön kamera ekranın alt hissəsinə inteqrasiya edilib. Üstəlik ekran ətrafı çərçivələr də olduqca nazikdir. Bundan əlavə olaraq rəsmi şəkildə təsdiqlənib ki, Red Magic 10 Air-in gövdə qalınlığı 7.85 mm təşkil edir.




Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Red Magic nazik gövdəli yeni gaming smartfonunun təqdimatını anons edib
Red Magic brendi öz yeni gaming smartfonunun təqdimatını və smartfonun adını anons edib.

Cihazlar+
Red Magic Gaming Tablet Pro gaming planşetinin qlobal versiyası anons edilib
Nubia şirkətinin Red Magic brendi dünən yeni gaming planşetini təqdim etdi. Söhbət, Red Magic Gaming Tablet Pro-dan gedir.

Cihazlar+
Red Magic Tablet 3D Discovery Edition planşeti təqdim edilib - QİYMƏTİ
Nubia şirkətinin Red Magic brendi Red Magic Gaming Tablet adlı gaming planşetindən əlavə olaraq daha bir yeni planşetini də təqdim edib. Təqdim edilmiş ikinci planşet Red Magic Tablet 3D Discovery Edition adlanır.

Cihazlar+
Red Magic Gaming Tablet Pro planşeti təqdim edilib - QİYMƏTİ
Nubia şirkətinin Red Magic brendi daha öncə də söz vermiş olduğu kimi Çində yeni gaming planşetini təqdim edib. Şirkətin yeni gaming planşeti Red Magic Gaming Tablet Pro adlanır.

Cihazlar+
Red Magic öz yeni gaming planşetinin xarici görünüşünü sərgiləyib
Nubia şirkətinin Red Magic brendi sabahkı təqdimatı gözləmədən öz yeni gaming planşetinin xarici görünüşünü sərgiləyib.
Ən çox oxunanlar

Yeni tendensiya: İnsanlar ChatGPT vasitəsilə şəkillərdəki məkanları təyin edirlər
