Təqdimatdan qabaq iPhone 15 Pro və 15 Pro Max-ın texniki göstəriciləri açıqlanıb

Təqdimatdan qabaq iPhone 15 Pro və 15 Pro Max-ın texniki göstəriciləri açıqlanıb

Mobil Cihazlar
11.09.2023 PAYLAŞIM

    Artıq sabah bir çoxlarının gözlədiyi təqdimat tədbiri baş tutacaq. Söhbət, iPhone 15 smartfon seriyasından gedir. Təqdimata bir gün qalmış insayderlər bu seriyaya daxil olacaq iPhone 15 Pro iPhone 15 Pro Max modellərinin texniki özəllikləri barəsində məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən iPhone 15 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.1 düym ölçülü Retina XDR OLED ekran ilə təchiz olunacaq. Sözügedən iPhone 15 modeli özündə həmçinin 3650 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

    iPhone 15 Pro Max modelinə gəldikdə isə insayderlər bildiriblər ki, o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü Retina XDR OLED ekran ilə təchiz olunacaq və 4852 mAh enerji tutumlu batareyaya sahib olacaq. Məlumatda qeyd edilib ki, hər iki smartfon titan materialdan hazırlanmış gövdə ətrafı çərçivələri əldə edəcək. Bununla yanaşı sözügedən smartfonlar A17 Bionic prosessoru vasitəsilə çalışacaqlar və 8 GB RAM, 1 TB-a kimi daxili yaddaş həcmi, 48 MP + 12 MP + 12 MP üçlü arxa kamera və 12 MP-lik ön kamera ilə təchiz olunacaqlar.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×