Təqdimatı anons edilmiş Honro Magic V3 smartfonunun bəzi detalları ortaya çıxıblar
Cihazlar+
02.07.2024
Emil Nəcəfov
Honor şirkəti növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V3-ün təqdimatını artıq anons edib. Sözügedən smartfon 12 iyul tarixində Çində təqdim olunacaq. İndi isə bu smartfonun bəzi əsas texniki imkanları ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumata əsasən Honor Magic V3 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Üstəlik smartfon peyk rabitəsi və 5.5G şəbəkə dəstəyini əldə edəcək. Məlumatda qeyd edilib ki, Honor Magic V2 ilə müqayisədə Magic V3-ün gövdəsi qatlanmış vəziyyətdə daha da nazik olacaq. Yeni smartfonun 50 MP-lik əsas arxa kameranı əldə edəcəyi gözlənilir. Üstəlik məlumata əsasən Honor Magic V3-ün şarnir konstruksiyası sudan və tozdan qorunma özəlliyini əldə edəcək. Qeyd etmək lazımdır ki, Honor şirkəti 12 iyul tarixində Magic V3 ilə yanaşı həmçinin Magic Vs3 adlı daha bir qatlana bilən smartfonunu təqdim edəcək. İkinci smartfonun Magic V3-ün bir qədər sadələşdirilmiş versiyası olacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Honor Magic V3 smartfonunun təqdimatı anons edilib
Qatlana bilən Honor Magic V3 smartfonunun təqdimatı anons edilib
Honor şirkəti yeni qatlana bilən smartfonunun təqdimatını anons edib. Söhbət, Honor Magic V3-dən gedir.
Honor markası, telefonlarda deepfake görüntülərini aşkar edə bilən süni intellekt xüsusiyyətini təqdim edib!
Honor markası, telefonlarda deepfake görüntülərini aşkar edə bilən süni intellekt xüsusiyyətini təqdim edib!
Honor şirkəti, Mobil Dünya Konqresində (MWC) deepfake görüntülərini aşkar edəcək və göz sağlamlığını qoruyacaq yeni süni intellekt xüsusiyyətlərini təqdim edib.
Büdcəli Honor Play 60 Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Büdcəli Honor Play 60 Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti özünün Play seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Honor Play 60 Plus-dan gedir.
Qatlana bilən Honor Magic V3 smartfonu barəsində bəzi məlumatlar verilib
Qatlana bilən Honor Magic V3 smartfonu barəsində bəzi məlumatlar verilib
Hələ bir neçə müddət bundan öncə Honor şirkətinin CEO-su rəsmi şəkildə təsdiq etmişdi ki, şirkət növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V3 üzərində artıq çalışır.
Honor artıq növbəti qatlana bilən smartfonu üzərində çalışır
Honor artıq növbəti qatlana bilən smartfonu üzərində çalışır
Dünən Honor şirkəti ilk qatlana bilən qapaqlı smartfonu Honor Magic V Flip-i təqdim etdi.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!