Tərtibatçılar iPhone 12 modellərinin hansı RAM göstəricilərinə sahib olduqlarını öyrəniblər
Cihazlar+
15.10.2020
Farid Pardashunas
Öz smartfonlarının təqdimatı zamanı Apple şirkəti əsasən prosessora və kameralara diqqət ayıraraq smartfonların RAM göstəriciləri ilə batareya həcmləri barəsində məlumat vermir. iPhone 12 modellərinin təqdimatları da istisna olmadı. Lakin tərtibatçılar iPhone 12 smartfonlarının açıqlanmamış özəlliklərindən birini ortaya çıxarda biliblər. Bu barədə 9to5mac saytı xəbər verib. Apple ekosisteminin platformaları üçün nəzərdə tutulmuş Xcode tərtibatçılıq alətində tərtibatçılar yeni iPhone 12 modellərinin RAM göstəriciləri barəsində məlumatı aşkar ediblər.
Beləliklə aşkar edilmiş məlumata əsasən iPhone 12 və iPhone 12 mini modelləri 4 GB RAM, iPhone 12 Pro və iPhone 12 Pro Max modelləri isə 6 GB RAM ilə təchiz olunublar. Bundan əlavə olaraq Geekbench bençmark saytının məlumatlar bazasında 13.3 kod nömrəsinə sahib bilinməyən iPhone modelinin test nəticələri aşkar edilib. Güman olunur ki, Geekbench testlərindən keçmiş model məhz iPhone 12 Pro-dur.
Smartfon Geekbench-in birnüvəli testində 1590 xal, çoxnüvəli testində isə 3120 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 11 Pro smartfonu Geekbench-in birnüvəli testində 1300 xal, çoxnüvəli testində isə 3300 xal toplayır. Bu cür göstəricilər onu göstərir ki, iPhone 12 Pro modelinin çoxnüvəli performansı aşağı salınıb. Onu da qeyd etmək lazımdır ki, bu məlumatlar rəsmi olaraq təsdiqlənməyib. Smartfonların əsl performans nəticələrini onların yalnız satışa çıxmalarından sonra bilmək olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)