Logo
    main-post-cover

    Tesla Optimus robotunun kütləvi istehsala hazır versiyasını 2026-da təqdim edəcək

    Cihazlar+
    29.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Tesla 2025-ci ilin maliyyə hesabatında bildirib ki, insanabənzər Optimus robotunun kütləvi istehsal üçün nəzərdə tutulmuş üçüncü nəsli 2026-cı ilin birinci rübündə ictimaiyyətə təqdim olunacaq.
    Tesla Optimus: Complete Analysis of AI, Specs & Future Outlook (2026)
        Şirkətin açıqlamasına görə, bu versiya Optimus 2.5-dən ciddi şəkildə fərqlənəcək. Xüsusilə robotun yeni əl dizaynı və digər əsas texniki təkmilləşdirmələr diqqət mərkəzindədir. Tesla artıq Optimus üçün ilk istehsal xəttinin hazırlanmasına başlayıb və bu prosesin 2026-cı ilin sonuna qədər aktivləşdirilməsi planlaşdırılır. Uzunmüddətli hədəf isə ildə 1 milyon robot istehsal etməkdir.
        Elon Musk daha əvvəl 2025-ci ildə 5 min Optimus robotunun istehsal ediləcəyini proqnozlaşdırsa da, bu hədəfə çatılıb-çatılmadığı rəsmi olaraq təsdiqlənməyib. Musk həmçinin Optimus robotlarının yalnız Tesla zavodlarında deyil, gələcəkdə ev köməkçisi, hətta cərrah kimi istifadə oluna biləcəyini də iddia edib. Onun sözlərinə görə, Optimus robotlarının satışına gələn ildən başlanıla bilər.
    Paylaş