Texas beş nəhəng TV istehsalçısını məhkəməyə verib
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ-nin Texas ştatının baş prokuroru Ken Pakston beş böyük televizor istehsalçısını: Sony, Samsung, LG, Hisense və TCL-ni istehlakçıları gizli şəkildə izləməkdə ittiham edərək məhkəməyə verib. İddiada bildirilir ki, bu şirkətlər istifadəçilərin razılığı olmadan onların nə izlədiyini qeydə alan reklam yönümlü casus proqramlardan istifadə ediblər.
Məsələnin mərkəzində “Automated Content Recognition” (ACR) adlı texnologiya dayanır. ACR televizorda açılan məzmunu müəyyən etmək üçün hər bir görüntüdən qısa “rəqəmsal iz” çıxararaq böyük verilənlər bazası ilə müqayisə edir. Bu texnologiya mahiyyət etibarilə videolar üçün “Shazam” kimidir, lakin əsas məqsədi istifadəçinin izləmə vərdişlərini reklamçılara satmaqdır. Texas Baş Prokurorluğunun açıqlamasına görə, ACR bəzi hallarda televizor ekranından hər 500 millisaniyədə bir görüntü götürə, baxış fəaliyyətini real vaxtda izləyə və bu məlumatları istifadəçinin xəbəri olmadan şirkətlərə ötürə bilir. LG Ad Solutions kimi platformalar ACR sayəsində reklamçıların konkret serial, kanal, tətbiq və ya janr üzrə auditoriyanı hədəfləyə bildiyini açıq şəkildə qeyd edir.
Bu funksiyanı söndürmək üçün televizorlarda xüsusi ayarlar mövcuddur. İddiaya görə, istehsalçılar istifadəçiləri bu funksiyanı aktiv etməyə aldadıcı şəkildə yönləndirir və onun real mahiyyətini uzun və mürəkkəb hüquqi mətnlərin içində gizlədirlər.
Paylaş
Bənzər xəbərlər